Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bir çox ölkələrdə xəstələnmə hallarının artması səbəbindən qoruyucu maskalardan, COVID-19-a və qripə qarşı peyvənddən imtina etməməyi tövsiyə edir.
Tehsil.biz TASS-a istinadla xəbər verir ki, bu barədə Qebreyesus “X” sosial şəbəkə hesabında yazıb.
“İnfeksiya riskini azaltmaq üçün maskalardan istifadəyə davam edin, otaqları havalandırın, sosial məsafəni qoruyun. Həmçinin sizin və yaxınlarınızın COVID-19-a və qripə qarşı peyvənd edildiyindən əmin olun”, - deyə ÜST-nin baş direktoru qeyd edib.
Təşkilat rəhbərinin sözlərinə görə, həftələrdir ki, bir çox ölkələrdə COVID-19 və digər patogenlərin səbəb olduğu tənəffüs yollarında yoluxucu xəstəliklərin sayında artım müşahidə edilib. ÜST bu tendensiyanın bir müddət davam edəcəyinə bildirib.