"Məktəblinin dostu" layihəsi və 166 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş "Breyn-rinq" yarışı keçirilib.
Tehsil.biz xəbər verir ki, yarışda "Dəmir yumruq" komandası 1-ci yer, "Zəfər" komandası 2-ci yer, "Azərbaycan" komandası isə 3-cü yeri qazanıb.
Qaliblər və digər iştirakçılar diplom və təşəkkürnamə ilə mükafatlandırılıblar.




