Logo

Ötən ay BŞTİ-də 13 min 862 müraciətə baxılıb

07.01.2024 14:00 207 baxış
IMG

2023-cü ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 862 müraciət daxil olub. 

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 257 zəng, Vətəndaşların Qəbulu Mərkəzinə 3 147 müraciət daxil olub. BŞTİ-yə 3 083 sənəd (vətəndaşlar tərəfindən 1 169 ərizə, Elm və Təhsil Nazirliyindən 316, digər qurumlardan 335, tabelikdə olan təhsil müəssisələrindən 482 məktub və 781 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 375 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, eksternat qaydasında aralıq imtahanları, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, şagird yerdəyişməsi və digər məsələləri əhatə edib.

Xəbər lenti