Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə noyabr ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ümumilikdə 4187 müraciət daxil olub.
Müraciətlərin 280-i feysbuk, 3482-si Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 264, sayt üzərindən isə 89 müraciət daxil olub, 72 vətəndaş isə qəbulda iştirak edib.