Logo

BDU-da könüllülər yaşlı insanlarla düzgün ünsiyyət formaları barədə məlumatlandırılıb - FOTO

07.01.2024 18:31 388 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və DOST Agentliyi arasında anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı çərçivəsində hər iki qurumun könüllüləri üçün təlimlər keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixoloqları Emilya İgidova, Şəbnəm İslamlı və Lalə Cabbarova tərəfindən “Yaşlıların psixoloji xüsusiyyətləri” mövzusunda keçirilən təlimlərdə bu kateqoriyadan olan insanlarla düzgün ünsiyyət formaları, effektiv kommunikasiya bacarıqları və izahetmə mexanizmləri barədə məlumat verilib.

Sonra könüllülərin sualları cavablandırılıb və iş təcrübələrində şahid olduqları situasiyalar dəyərləndirilib.

Xəbər lenti