Logo

“Xalqın mədəni sərvəti” adlı sənət layihəsinə başlanılır

08.01.2024 12:22 139 baxış
IMG

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” adlı sənət layihəsi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, əsas məqsəd regionlarda Azərbaycan klassik nümunələrini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi, folklor musiqisini müasir gəncliyə çatdırmaqdır.

Layihə çərçivəsində yanvarın 8-dən 14-dək dünyaşöhrətli Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) əsərlərindən ibarət “Musiqi paradı” təşkil ediləcək.

Layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunacaq.

Xəbər lenti