Logo

BDU-nun 345 tələbəsi payız semestri üzrə təhsil krediti alıb

08.01.2024 12:39 241 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) 345 tələbəsi 2023-2024-cü tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 88-i sosial, 257-si isə standart təhsil kreditidir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

2022-2023-ci tədris ilində isə ümumilikdə BDU-nun 589 tələbəsinə təhsil krediti verilib. Onlardan 177-si sosial, 412-si isə standart təhsil krediti olub.

Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

Xəbər lenti