Logo

BANM-ın 2 komandası beynəlxalq yarışın qalibi olub

03.04.2021 12:22 547 baxış
IMG

Neft Mühəndisliyi Cəmiyyətinin Bakı Ali Neft Məktəbi üzrə bölməsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə birlikdə ikinci “ChemBowl” yarışmasını təşkil edib. 

 

Tehsil.biz xəbər verir ki, Kimya Mühəndisliyi üzrə keçirilən yarışda Bakı Ali Neft Məktəbi,  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Hindistan Neft və Mühəndislik İnstitutu, Gadjah Mada Universiteti və Bandung Texnologiya İnstitutundan olan 64 mühəndis-tələbə iştirak edib. 

 

Yarışma ümumilikdə, 7 saatdan çox davam edib. 

 

İlk tur 80 sualdan ibarət olub, finalda 16 komanda yarışıb. 

 

Bakı Ali Neft Məktəbinin “EngineHeads” komandası final turunda ən maksimal – 100 xal toplayaraq qalib olub. Ali Məktəbin “Grey Council” komandası  ikinci yerin sahibi olub.

 

UFAZ-ın “The Invincibles” komandası isə üçüncü yeri qazanıb.

Xəbər lenti