Logo

Ötən ay Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə 21 minədək müraciət daxil olub

08.01.2024 17:54 336 baxış
IMG

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ötən ilin dekabr ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ümumilikdə 20 min 888 müraciət daxil olub.

Ay ərzində agentliyə 4 min 427 sənəd qəbul olunub. Həmçinin müraciətlərin 11 min 592-si Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 836 müraciət daxil olub, 4 min 33 vətəndaş isə qəbulda iştirak edib.

Hər bir müraciətə fərdi qaydada yanaşılıb, sorğuların qanunvericiliyə uyğun formada həlli üçün müvafiq addımlar atılıb.

Xəbər lenti