Logo

UNEC-in 14 tələbəsi Fransanın Monpelye Universitetində ikili diplom proqramı ilə təhsil alır

08.01.2024 19:41 355 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 14 tələbəsi hazırda ikili diplom proqramı ilə Fransanın Monpelye Universitetində təhsillərini davam etdirir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, onlar III kursu Monpelye Universitetində, IV kursu isə İqtisad Universitetində oxuduqdan sonra hər iki ali məktəbin diplomunu əldə edəcəklər.

Qeyd edək ki, Monpelye Universiteti ilə ikili diplom proqramından indiyədək UNEC-in 78 tələbəsi məzun olub.

Xəbər lenti