Logo

Norveçdə yaşayan azərbaycanlı musiqiçi: “Həmin təntənəli gün yüz illərin qələbəsinə bərabərdir”

08.01.2024 20:47 161 baxış
IMG

Əslən Xankəndidən olan və hazırda Norveçdə yaşayan musiqiçi Arzu Rzayeva Xankəndiyə səfər etmək arzusunda olduğunu bildirib.

Tehsil.biz xəbər verir ki, o, Xankəndidə bayrağımızın ucaldıldığı günlə bağlı hisslərini ifadə edib:

“Prezidentimizin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını ucaltdığını görmək və bu sevinci əzizlərinlə bölüşmək sözlə ifadəsi mümkün olmayan bir hissdir. Təbii ki, bu hissləri sevinc göz yaşları olmadan yaşamaq mümkün deyildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Biz Ali Baş Komandan başda olmaqla bu xoşbəxtliyi, sevinci, qüruru bizə yaşadanlara, Şanlı Ordumuza borcluyuq. Biz çox xoşbəxt xalqıq ki, bu günləri yaşadıq. Mənim vətənimə arzum budur ki, həmişə sülh içində olsun”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi davamlı olaraq xaricdə yaşayan azərbaycanlıların, əcnəbi tarixçi və jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərlərini təşkil edir. Bu günə qədər təşkil olunan səfərlərdə əslən azad edilən torpaqlardan olan və hazırda xarici ölkələrdə yaşayan yüzlərlə soydaşımız da iştirak edib.

Xəbər lenti