Logo

AzTU-da qış imtahan sessiyası başlayıb

08.01.2024 21:10 319 baxış
IMG

Yanvarın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Qeyd olunub ki, sessiya fevralın 1-də yekunlaşacaq.

Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 7-12 yanvar tarixlərini əhatə edəcək.

İmtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib.

Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçiriləcək.

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 8-dən 14-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.

Xəbər lenti