Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin fonetikası kafedrasının müdiri professor Fərman Zeynalov dünya elminə və təhsilinə xidmətlərinə görə Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Avropa Təbiət Elmləri Akademiyası tərəfindən (Hanover) “Lider Şəxsiyyət Ordeni” ilə təltif edilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, Fərman Zeynalov həmçinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk Dünyası elminə və təhsilinə verdiyi töhfələrinə görə “Türk Dünyasında İlin Lider Adamı” diplomu ilə təltif edilib.
