Logo

Mədəniyyət müəssisələrinə işə qəbulun nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının iclası yekunlaşıb

09.01.2024 17:52 150 baxış
IMG

Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, iclasda direktor vəzifəsi üzrə namizədlər Həsənli Nərgiz İlqar qızı, Mustafazadə Aslan Rafiq oğlu, Ağayev Ramin Heydər oğlu, Həsilova Günay Məmməd qızının nəticələrinə yenidən baxılıb. 4 namizəddən 1-nin müsahibə nəticəsi dəyişdirilib, 3 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, müsahibələrin videoçəkilişlərinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunub.

Qərara əsasən, Həsənli Nərgiz İlqar qızının (21 bal) əvvəl keçirilən müsahibə nəticəsinə dair müraciəti təmin edilib.

Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən qərarlara əsasən həmin namizədlərlə keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xəbər lenti