Logo

Əməkdar artist xəstəxanaya yerləşdirilib, əməliyyat olunacaq

09.01.2024 18:14 334 baxış
IMG

Əməkdar artist, teatr və kino aktyoru, rejissor Sərvər Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə APA-ya sənətçinin özü məlumat verib.

Onun sözlərinə görə, açıq ürək əməliyyatına qərar verilib.

“Bir neçə gündür, özümü pis hiss edirəm. Anju edilmişəm. Bir neçə günə açıq ürək əməliyyatı olunacağam. Gözləyirik”, - Sərvər Əliyev əlavə edib.

Xəbər lenti