Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzində (TİM) Bakı Biznes Universitetinin informasiya texnologiyaları ixtisası üzrə təhsil alan III kurs tələbələri imtahan veriblər.
Bu barədə "Tehsil.biz"ə İTİ-dən bildirilib.
İmtahanda institutun aparıcı mütəxəssisləri tərəfindən yaradılmış sertifikatlaşdırma komissiyası tərəfindən tələbələrin “Kompüter qrafikası” üzrə bilik və bacarıqları qiymətləndirilib.
İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında bağlanmış müqaviləyə əsasən təşkil olunan kurslarda kompüter qrafikası fənni çərçivəsində tələbələr tədris prosesində “PhotoShop” və “Corel Draw” proqramlarından istifadə etməklə kompüterdə rəqəmsal təsvirlər yaratmağı və redaktə etməyi öyrəniblər. Onlar rastr və vektor təsvirlərin yaradılması və redaktəsi, çap məhsulları (bukletlərin, vizit kartların hazırlanması və s.) üçün dizayn layihələrin hazırlanması və s. kimi kompetensiyalara yiyələniblər.
Növbəti imtahan yanvarın 16-da keçiriləcək.