Logo

Milli Kitabxanada ənənəvi kitab sərgiləri açılıb - FOTO

10.01.2024 16:23 387 baxış
IMG

Azərbaycan Milli Kitabxanası akademik Afad Qurbanovun, professor Ramiz Əsgərin, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yubileyləri ilə əlaqədar ənənəvi kitab sərgiləri təşkil edib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə müəlliflərin əsərləri, tərcümə etdikləri, rəyçi və redaktor olduqları əsərlər və haqqında ədəbiyyatlar nümayiş olunub. Eyni zamanda sərgidə Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun sözlərinə bəstələnmiş musiqi notları da yer alıb.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti