Logo

“Məktəblinin Dostu” işçi qəbulu elan edir

10.01.2024 17:20 521 baxış
IMG

Elm və Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsi üzrə məktəblinin dostu vəzifəsinə işçi qəbulu elan edilir.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, vakansiyalar Bakı, Lənkəran, Masallı, Cəlilabad şəhərləri üzrə keçərlidir.

Namizədlərə tələblər:

- ali təhsil, təhsildə sosial-psixoloji xidmət, sosial iş, təhsilin təşkili və idarə olunması, həmçinin pedaqoji profilli ixtisasları bitirmiş şəxslər;

- 21 – 30 yaş aralığı;

- Azərbaycan dilində səlis danışmaq;

- xarici dil biliyi olanlara üstünlük veriləcək.

Kişi namizədlər mütləq hərbi bilet təqdim etməlidirlər.

Öhdəliklər:

- məktəbdə müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq;

- fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək;

- şagirdlərin özünüinkişaf və intellektual bacarıqlarının formalaşdırılmasında iştirak etmək.

Tələblərə uyğun namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar.

İmtahanda məntiq, dünyagörüşü, ilkin psixoloji dəyərləndirmə və təhsil qanunvericiliyinə aid suallar təqdim edilir. Bu mərhələdə uğur qazanan namizədlər müsahibəyə dəvət edilir və müsahibədən keçən namizədlər təlimlərə cəlb olunurlar.

Təlimləri uğurla başa vuran namizədlər işə qəbul ediləcəklər.

Müraciət üçün linkə daxil olaraq anketi doldura bilərsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciətlər yanvarın 22-dək qəbul olunacaq.

Xəbər lenti