Logo

Xaricdə təhsillə bağlı müsahibələrdə iştirak edəcək müsahibə komissiyaları ilə görüş keçirilib

10.01.2024 22:33 134 baxış
IMG

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2024-2025-ci tədris ilində xaricdə təhsil (Çin, Macarıstan və digər ölkələr) üçün müraciət etmiş namizədlərlə təşkil olunacaq müsahibələrdə iştirak edəcək komissiya üzvləri ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsill.biz"ə  bildirilib ki, görüşdə bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinə HTP çərçivəsində xaricdə təhsil, müsabiqədə iştirak edən namizədlərin müsahibələri və qiymətləndirmə meyarları barədə məlumat verilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, yaxın günlərdə Çin və Macarıstanda təhsil üçün sənəd qəbulunda iştirak etmiş və sənədləri qaydasında olan namizədlərlə onlayn müsahibələr təşkil olunacaq.

Xəbər lenti