Logo

Aleksandr Rıbak Heydər Əliyev Sarayında solo konsert verəcək

10.01.2024 23:00 149 baxış
IMG

“Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak fevralın 28-i və 29-da Heydər Əliyev Sarayında solo konserti verəcək.

Tehsil.biz xəbər verir ki, səhnəyə Azərbaycanın Əməkdar artisti Səbinə Babayeva da çıxacaq.

Belarus mənşəli norveçli musiqiçi Aleksandr Rıbak “Eurovision-2009” müsabiqəsində qələbə qazandıqdan sonra məşhurlaşıb. Müsabiqənin finalında onun “Fairytale” kompozisiyası rekord sayda səs - 387 bal toplamışdı. Musiqiçinin “Fairytales” debüt albomu doqquz Avropa ölkəsində ilk iyirmiliyə daxil olub, Rusiyada və Norveçdə isə birinci yer tutub.

Xəbər lenti