Logo

BDU alimi yeni elmi araşdırmalar aparıb

11.01.2024 11:52 380 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri Şahin Ağayevin “Tam byuti skalyar tetrakvarkların Bq Bq and Bq* Bq* mezonlara parçalanması” adlı məqaləsində 4 b-kvarkdan formalaşmış tetrakvarkların müxtəlif parçalanma kanalları tədqiq edilib, onların tam en kəsiyi hesablanıb. Əldə olunmuş nəzəri nəticələr LHCb və başqa eksperimentlərdə istifadə oluna bilər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Məqalə ”Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan Amerika Fizika Cəmiyyətinin “The Physical Review D” jurnalında dərc olunub.

Xəbər lenti