Logo

BANM tələbəsinin startapı “Startup Wise Guys” proqramının qalibi olub - FOTO

11.01.2024 12:50 308 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə 5-ci kurs tələbəsi Vüqar Əliyevin həmtəsisçisi olduğu “4You” startapı İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “Startup Wise Guys” proqramının qalibi olub.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Finalda 10 komanda ilə yarışan startap 25 min manat məbləğində investisiya qazanıb və "LTC İnnovation"də Qlobal Akselerasiya proqramında iştirak haqqı əldə edib.

“4You” startapı peşəkar psixoloqlarla seansları onlayn formatda təqdim edən platformadır.

Daha öncə BANM tələbəsi Asiya İnkişaf Bankının keçirdiyi “CAREC University Startup Generation” proqramında da qalib olub. O, proqramda qalib gəldikdən sonra Asiya İnkişaf Bankının “CAREC İnnovation Exchange” proqramında iştirak haqqı qazanıb və Qazaxıstan, Özbəkistan və Gürcüstanda startap ekosistemləri ilə yaxından tanış olmaq imkanı əldə edib.

Xəbər lenti