Logo

Skaut lideri olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

11.01.2024 15:00 282 baxış
IMG

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir.

Azərbaycan Skautlar Assosiasiyasından (ASA) "Tehsil.biz"ə bildirilib ki, layihənin məqsədi təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, xarakter, emosional, sosial və mənəvi inkişafını dəstəkləməkdir.

Layihənin “ASA-MTP010-TL24-2” nömrəli təməl liderlik təlimi Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində baş tutacaq.

Martın 21-25-də Quba rayonunda keçirilməsi planlaşdırılan təməl liderlik təlimində ölkəmizin ümumtəhsil məktəblərində fəaliyyət göstərən, dəstə lideri olmaq istəyən 30 müəllim və təhsil işçiləri iştirak haqqı qazanacaqlar.

Yaşı 25-dən yuxarı olan hər bir müəllim ASA-nın saytına daxil olaraq MTP/Təməl Liderlik Məktəbinə qatılmaq üçün qeydiyyatdan keçə bilər.

Qeydiyyatdan keçən və skaut lideri olmağa uyğun gələn şəxslər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Xəbər lenti