Prezident İlham Əliyev Baba Vəziroğlunu ordenlə təltif edib.
Tehsil.biz xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilir.
Xatırladaq ki, nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yanvarın 10-da 70 yaşını tamam edib.