Logo

Natəvana azadlıq tələb edirəm!

11.01.2024 17:48 152 baxış
IMG

Kubra Məhərrəmova yazır...

Xurşidbanu Natəvanın heykəli Fransada sellofana bükülməsi, üstünə qırmızı boyanın atılması ilk vandallıq hadisəsi deyil. 1982-ci ildə ulu öndər Heydər Əliyevin Şuşada şəxsən açılışını etdiyi Xurşidbanu Natəvanın büstü ermənilər tərəfindən də vandallığa məruz qalmışdı. Onun və eyni zamanda tanınmış, nüfuzlu azərbaycanlı şəxslərin büstləri güllə-baran edilmişdi. Hətta bu heykəllərə “Güllələnmiş heykəllər” adı da verilmişdi.

Sonra Şuşa işğal olunandan sonra orada yaşayan azərbaycanlılarla bərabər heykəllərimiz də, məzarlarımız da girov qalmışdı. İndi də fransızlar, daha doğrusu rəsmi Paris Natəvanı girova çevirib.

Bu gün Natəvanın əli-qolu bağlıdır sanki. Onun heykəlinin sellofana keçirilməsi, üstünə qırmızı boyanın atılması, qərib Evian şəhərində tək qalması məni çox incidir. 

Yeri gəlmişkən Avropada qadınların ən çox zorakılıqla üzləşdiyi ölkə elə Fransadır. 2022-ci il üçün göstərilən statistikanı Fransanın prezidenti Makron çıxışında da təkrar etmişdi. Belə ki, 2022-ci ildə 244 min qadın məişət zorakılığına məruz qalıb. 118 qadın isə birbaşa ya sevgilisinin, ya da həyat yoldaşının əlində ölüb, yəni öldürülüb.

Bu da hürr və azadlıq bağıran Fransanın daxilində baş verənlər... Qadın azadlığı barədə yazılar yazan, başqa ölkələrə “demokratiya” dərsi keçən Fransanın... 

Maraqlıdır, Afrikada Fransanın törətdiyi vəhşilik, insanlıq qarşısında etdiyi cinayətlər, soyqırımı və s. sübut olunsa da, fransızlar üçün “Nürenberq prosesi” qurulmur. Görəsən niyə? Heç kimə sirr deyil ki, Fransa bütün bu vəhşiliyi, vandallığı Afrikada Uran və digər faydalı qazıntılar üçün törədib. Uran da, məntiqlə elə nüvə silahı deməkdir...

Və ən gülməlisi budur ki, nüvə səkkizliyinə daxil olan Fransanın “qırmızı düyməsi” neçə illərdir Makronun əlinə keçib. Elə bil, qumbaranı meymunun əlinə vermisən, nə vaxt partladacağı məlum deyil. Hərdən mənə elə gəlir ki, özünü şəxsiyyət kimi, siyasətçi kimi doğrulda bilməyən Makron bir gün qumbaranın halqasını çəkərək adını “tarix”ə salacaq...

Elə iki gün öncə Fransanın Baş naziri Elizabet Born istefa verdi. Makron isə onun yerinə 34 yaşlı Qabriel Attalı təyin etdi. Sabiq təhsil naziri olan yeni baş nazir isə nə təcrübəsinə, nə də bacarığına, təcrübəsinə görə fərqlənir. Ümumiyyətlə isə onun siyasi meydana gəlib çıxması və tanınması maraqlı detalla yadda qalıb. 2017-ci ildən Qabriel Attal Avroparlamentin deputatı, həmçinin Makronun keçmiş siyasi müşaviri Stefan Sejurne ilə, yəni eynicinsli adamla münasibətdə olması, daha da dəqiq desək, vətəndaş nikahında olması ilə gündəmə gəlib.

Sağ olsun belə ər, ya da arvad. Tam dəqiq deyə bilməyəcəyəm onlardan hansı ər, hansı arvaddır, amma və lakin Stefanın sevgilisinin karyerasında ona dəstək olması, hətta Fransanın baş naziri kürsüsünə gətirib çıxartması danılmazdır.

Məsələyə siyasi aspektdən baxanda isə görərik ki, Elizabet Bornun istefası Fransada təqaüd reformasının hökümətin razılığı ilə üst-üstə düşdü.

Qeyd edim ki, inqilab və üsyanlar üzrə mütəxəssis olan fransızlar bu reformlarla qətiyyən razılaşmır və mütəmadi olaraq nümayişlər edirdilər. Açığı kütlələrin bu qədər genişmiqyaslı nümayişlərini Makron hakimiyyəti çox böyük çətinliklə yatıra bildi. Reformun əsas məqsədi təqaüd yaşının çoxaldılması idi. Nazirlər kabinetinin fikrincə isə bu “reform” büdcəyə 2030-cu il üçün 17 milyard avro yığmağa yardım edəcəkdi. 

Bu qədər narazılıq fonunda səhnəyə Elizabet Bornu əvəz etmək üçün fransız cəmiyyətinin sevimlisi olan adam gəlməli idi ki, hərarəti bir az aşağı sala bilsin.  

Onu da qeyd edim ki, Attala təhsil naziri olarkən populyarlıq gətirən addım isə, 2023-cü ilin payızında Fransız məktəblərində əba (ənənəvi, uzun ərəb qadın geyimi) geyinilməsinə qadağa qoyması oldu. O, bu qərarı onunla əsaslandırdı ki, Fransa və fransız təhsili dünyəvidir. Amma əba dini geyim deyil, ərəb xalqlarının milli geyimidir. İndi bu xalqların İslam dininə tapınması isə bir daha Fransada hökm sürən islamofobiyadan xəbər verir demək.

Eyni məntiqlə kimono da qadağan oluna bilər. Əgər ki, yaponlar müsəlman olsalar. Burada isə meydana daha bir həqiqət çıxır. “Politico” nəşrinin məlumatına görə ötən ilin dekabr ayının göstəricilərinə görə fransızların yalnız 30 %-i Makronun fəaliyyətini dəstəkləyir.

Xəbər lenti