Logo

Aİİ ilə Sabahattin Zaim Universiteti arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb

11.01.2024 18:28 406 baxış
IMG

Türkiyənin Sabahattin Zaim Universitetinin İslam elmləri fakültəsinin dekanı professor Hasan Kamil Yılmaz Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Görüşdə Aİİ-nin rektoru dosent Aqil Şirinov institutun beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə institut arasında ikitərəfli protokollar, memorandumlar imzalanıb.

Professor Hasan Kamil Yılmaz Sabahattin Zaim Universitetinin İslam elmləri fakültəsi haqqında məlumat verib, tədris metodları və keçirilən fənlər barədə danışıb.

Sonra iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin həyata keçirilməsi, birgə layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti