Logo

ADNSU-da payız semestrinin imtahan sessiyası davam edir

11.01.2024 20:33 439 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

Bu barədə"Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Yazılı, yazılı-şifahi şəkildə yanvarın 10-dək imtahanlarda ümumilikdə 19009 tələbə-imtahan keçirilib. Onlardan 3098  nəfər əla, 2214 nəfər çox yaxşı, 3110 nəfər yaxşı, 3249 nəfər kafi, 5257 nəfər qənaətbəxş, 118 nəfər qeyri-kafi  qiymət alıb. 876 tələbə imtahanlarda iştirak etməyib, 87 nəfər isə nizam-intizam qaydalarını pozduqlarına görə imtahanlardan kənarlaşdırılıb.  

Qeyd edək ki, bu semestr ümumilikdə 12988 bakalavr, 2835 nəfər isə magistr imtahan verəcək.

Xəbər lenti