Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ferhat Gül Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, səfər çərçivəsində o, Metallurgiya və materialşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinə “Tökmə istehsalında innovativ texnologiyalar” mövzusunda seminar keçirib.
Seminarda yüksəkmöhkəm çuqunların müasir istehsal texnologiyaları haqqında ətraflı məlumat verilib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

