Logo

Məktəb direktoru həyat yoldaşını özünə müavin təyin etdi

12.01.2024 18:36 436 baxış
IMG

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib.

Tehsil.biz Konkret.az-a istinadən xəbər verir ki, F.Qurbanova bundan əvvəl Xaçmazın İstisu kənd orta məktəbində laborant vəzifəsində çalışıb.

Qeyd edək ki, bu, rayonun təhsil sektorunda baş verən ilk qohum təyinatı deyil. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun keçmiş müdiri İnqilab Musayev də oğlunu,1990-cı il təvəllüdlü Əfsun Musayevi özünə sürücü təyin etmişdi.

Xəbər lenti