Logo

"Müəllimlər üçün vahid geyim forması tətbiq olunsa, iş prosesinə müsbət təsir edər"

12.01.2024 19:22 374 baxış
IMG

"Müəllim hər şeydə olduğu kimi geyim tərzində də nümunə olmalıdır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperi Elşən Qafarov deyib.

Onun sözlərinə görə, bu, müəllimlərin etik davranış qaydaları prinsipinə də uyğundur:

"Təhsilverənlərin korporativ geyim formaları ilə bağlı Təhsil Nazirliyinin 2008-cı ildə verilmiş təlimatı var. Təlimatda göstərilir ki, müəllim hansı geyimdə işə gedə bilər, hansı geyimdə yox. Geyim hər bir sahədə olduğu kimi müəllimin də işə məsuliyyətli yanaşmasını əks etdirir. Düşünürəm ki, müəllimlər üçün vahid geyim forması tətbiq olunsa, iş prosesinə müsbət təsir edər".

Xəbər lenti