Macarıstanın aparıcı universitetlərindən olan Dövlət Xidmətləri Universiteti tərəfindən martın 18-22-si tarixlərində “Lüdovika Alimləri” proqramı təşkil olunacaq.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, qaliblər bir həftə ərzində mühazirə oxumaq, həmçinin yerli fakültə və ya tədqiqat institutları tərəfindən təşkil olunacaq seminar və peşəkar müzakirələrdə iştirak etmək imkanı qazanacaqlar.
Proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan tədqiqatçıları, akademik sahədə çalışan şəxsləri və ekspertləri bir araya gətirməkdir.
İştirak etmək istəyənlər yanvarın 22-dək proqrama müraciət edə bilərlər. Ətraflı məlumatla elan (https://shorturl.at/gtBJM) vasitəsilə tanış ola bilərsiniz.