Logo

BANM-də başa çatan beynəlxalq təlim proqramının iştirakçılarına sertifikatlar təqdim olunub - FOTO

13.01.2024 11:20 306 baxış

Bakı Ali Neft Məktəbində başa çatan beynəlxalq təlim proqramının iştirakçılarına sertifikatlar təqdim olunub. 

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Pakistanın Cənubda Dayanıqlı İnkişaf üzrə Elm və Texnologiya Komissiyasının (COMSATS) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycanın müxtəlif ali məktəblərindən 60 tələbə qatılıb. Onlardan 20 nəfəri BANM tələbəsidir. İştirakçılar “Süni intellekt” və “Proqram təminatı keyfiyyətinə nəzarət” üzrə ixtisaslaşmış proqramda tam təqaüdlü təlim keçiblər.

Sertifikatların təqdimat mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla yanaşı, tədbirə onlayn qoşulan COMSATS təşkilatının rəhbəri Nafees Zakaria və İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Akademiya Proqramının rəhbəri Aleksey Qusev də iştirakçıları təbrik edib.

Xəbər lenti