Abşeron Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə görüş keçirilib.
Regional idarədən "Tehsil.biz"ə bildirilib ki, təhsil müəssisəsində keçirilən görüşdə şagirdlərə Mərkəzin Psixoloqları, Yoqa təlimçisi, MBT üzrə təlimçilərdən ibarət komanda üzvləri təlimlər keçib.
Qeyd edək ki, Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə keçirilən görüş buraxılış sinif şagirdlərinin imtahanqabağı stressinə son, özunəgüvən hissinin artırılması, həyəcan, təşviş pozuntusunun aradan qaldırılması, idrak proseslərin inkişafı mövzularını əhatə edib.



