Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.
Qeyd edək ki, yanvarın 7-dən etibarən Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Sessiya fevralın 1-də yekunlaşacaq.

