Bu gün Bakı-Qazax magistralının Kürdəmirdən keçən 196-cı km, üzü Bakı istiqamətində hərəkət edən Elvin Vahid oğlu Basqallının idarə etdiyi “Hyundai Santafe” markalı 77 GT 210 nömrə nişanlı avtomobil sürüşərək yolun kənarına aşıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.
"Hadisə vaxtı avtomobildə sürücü Elvin Basqallı,qardaşı Nicat, anası və övladı olub. Onlardan xəsarət alan olmayıb”, - şöbə rəisi bildirib.
Hadisə ilə bağlı Elvin Basqallı da açıqlama yayıb. Feysbuk hesabında məlumat paylaşan aparıcı "Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram", - deyə qeyd edib.
Qeyd edək ki, hazırda fakt araşdırılır.
Xatırladaq ki, tanınmış jurnalist Elvin Basqallı hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.
16:02
Məşhur aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.
"Tehsil.biz"in Manset.az-a istinadən məlumatına görə, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşıb.
Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.