Logo

ADPU: "15 yanvardakı imtahanlarda iştirak edə bilməyənlər üzrlü sayılacaq"

14.01.2024 19:40 350 baxış
IMG

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən yolların buz bağlaması və nəqliyyatın hərəkətində yaranacaq çətinliklərlə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 yanvar tarixində imtahanlarda iştirak edə bilməyən tələbələr üzrlü hesab olunacaq.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan bildirilib.

Qeyd olunub ki, həmin tələbələr üçün imtahan sessiyasının sonuna doğru həmin tarixdə iştirak edə bilmədikləri imtahanları vermək imkanı yaradılacaq.

Xəbər lenti