Logo

BMU-da Erasmus+K mübadilə proqramı ilə bağlı tədbir keçirilib - FOTO

14.01.2024 20:10 335 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Erasmus+K beynəlxalq mübadilə proqramı ilə bağlı növbəti tədbir keçirilib.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə universitetin Pedaqoji fakültəsinin İngilis dili kafedrasının əməkdaşı Aysel Soltanovanın proqram çərçivəsində İtaliyanın Sapienza Universitetinə səfərinin nəticələri müzakirə edilib.

Geniş təqdimatla çıxış edən BMU əməkdaşı Sapienza Universitetinin professor-müəllim heyəti ilə görüşü, həmçinin sözügedən ali təhsil müəssisəsində oxudugu mühazirələrdən söz açıb, qazandığı təcrübəni iştirakçılarla bölüşüb.

Təqdimatdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti