Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 14-də magistratura səviyyəsi üzrə keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, cavablarla buradan tanış olmaq mümkündür.
Hazırda imtahan materiallarının emalı aparılır. Xarici dil fənni üzrə esselərin yoxlanılması vaxt tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.