Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan tərəfindən 2024-2025-ci tədris ili üçün elan olunan təqaüd proqramına sənəd qəbulu davam edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, təqaüd proqramına sənəd qəbulu yanvarın 15-i 23:59-da yekunlaşacaq.
Proqram əməkdaşlıq edən ölkələrin vətəndaşlarına Macarıstanın ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
HTP çərçivəsində təhsilə dair əlavə məlumatIarla keçiddən tanış ola bilərsiniz.