Logo

ADNSU, “TWI” şirkəti və UFAZ arasında anlaşma memorandumu imzalanıb - FOTO

15.01.2024 13:54 365 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərov, Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova və “TWI” şirkətinin qrup direktoru Tat-Hin Qan arasında onlayn və oflayn formatda görüş keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Əməkdaşlıq əlaqələrinin mühəndislik sahəsinə təsir imkanları baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Qeyd olunan məsələlərin hüquqi əsası kimi tərəflər arasında anlaşma memorandumu imzalanıb. imzalanan sənədin qurumlar arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğu vurğulanıb.

Xəbər lenti