Logo

Bakı məktəblərində davamiyyət necədir?

15.01.2024 14:05 391 baxış
IMG

Hava şəraiti ilə əlaqədar Bakının ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən düşüb.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb, bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib:

“Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”.

Xəbər lenti