Logo

BDU-nun laborantı vəfat edib

15.01.2024 15:01 389 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin "Azərbaycanın maddi mədəniyyət tarixi" elmi-tədqiqat laboratoriyasının (ETL) baş laborantı Zaur İbad oğlu Hüseynov vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Zaur Hüseynov 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-1993-cü illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 2002-ci ildən Tarix fakültəsinin "Azərbaycanın maddi mədəniyyət tarixi" ETL-də baş laborant vəzifəsində işləyirdi.

Xəbər lenti