Logo

BDU-nun müəllimi ordenlə təltif olundu

15.01.2024 18:11 344 baxış
IMG

Prezident İlham Əliyev yazıçı, jurnalist Ramiz Əskərovla bağlı Sərəncam imzalayıb.

Tehsil.biz xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, yanvarın 10-da R. Əskərovun 70 yaşı tamam olub. O, 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Xəbər lenti