Logo

Qəbələdə məktəb rəhbərləri ilə görüş keçirilib - FOTO

15.01.2024 20:19 434 baxış
IMG

Qəbələ rayon Təhsil sektorunun akt zalında məktəb rəhbərləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə rayon təhsil sektorunun müdiri Arifə Bayramova, sektor əməkdaşları və məktəb rəhbərləri iştirak ediblər.

Görüşdə I yarımil ərzində görülən işlər, məktəbdaxili qiymətləndirmə, fənn olimpiadalarının nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, qarşıda duran digər vəzifələr ətrafında müzakirələr aparılıb, həmçinin tədrisin təşkilində məktəb rəhbərlərinin  üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindan bəhs olunub.

Daha sonra məktəb direktorları rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti barədə onları maraqlandıran sualları səsləndiriblər.

Xəbər lenti