Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyi münasibətilə ədəbi-bədii gecə təşkil olunub.
Tehsil.biz xəbər verir ki, gecədən öncə qonaqlar filarmoniyanın foyesində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
Gecədə Mirzə Şəfi Vazehin qəzəllərinin səsləndirilməsi, muğam-xoreoqrafik kompozisiyanın nümayişi tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Gəncədə ilk dəfə keçirilən və böyük coşğuyla qarşılanan ədəbi-bədii gecə qeyri-adiliyi ilə yadda qalıb.