Logo

Astarada uşaqlar üçün “Nağıl saatı” keçirilib - FOTO

15.01.2024 23:30 309 baxış
IMG

Astara rayon Heydər Əliyev Mərkəzində uşaqları kitabxanaya cəlb etmək və onların mütaliəyə marağını artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Sehr dolu nağıl dünyam” başlığı altında “Nağıl saatı” keçirilib.

Tehsil.biz xəbər verir ki, Y.Nəsirov adına Sərək kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən “Nağıl saatı”nda uşaqlar üçün Xalq nağılları səsləndirilib.

Sonra balacalar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söyləyiblər.

Yekunda tədbir iştirakçıları 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan sərgiyə baxış keçiriblər.

Xəbər lenti