Logo

“Wikipediya”da özbək dilində Zəngəzur adlı bölmə istifadəyə verilib - FOTO

16.01.2024 10:54 286 baxış
IMG

XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Mədəniyyət Mərkəzindən bildirilib.

Məqalənin “Tarix” bölməsində arxiv sənədləri və tarixi faktlar əsasında məlumat verilir ki, 1905-1907-ci illər, eləcə də 1918-1920-ci illər ərzində erməni dəstələri Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlar edib və bu hücumlar nəticəsində 100-dən çox kənd talan olunub, yandırılaraq yer üzündən silinib.

Özbək dilində yaradılmış vikiməqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb. “Iqtisodiy afzalliklari” (İqtisadi üstünlüklər) adlı bölməsində isə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunub.

Xəbər lenti