Binəqədidə məşhur rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib.
Rayon icra hakimiyyətindən "Tehsil.biz"ə verilən məlumata görə, bəstəkarın abidəsi önünə gül-çiçək dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova iki ölkə arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri, müxtəlif sahələrdə sıx əməkdaşlıq və ildən–ilə genişlənən ikitərəfli əlaqələr barədə danışıb.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışında iki ölkə arasında sosial, iqtisadi və mədəni əlaqələrin, dostluq münasibətlərinin daim inkişaf etməsinin əhəmiyyətini vurğulayıb.
Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenko ölkələr arasındakı dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.