Logo

Bakıda II Beynəlxalq Yay Arbitraj Məktəbi təşkil ediləcək

16.01.2024 23:52 317 baxış
IMG

Türk Dövlətləri Təşkilatı (TDT), Türkiyənin İbn-Haldun Universiteti, Bakı Dövlət Universiteti və Türk Arbitraj Akademiyasının dəstəyi ilə bu il iyunun 24-dən 28-dək Bakıda II Beynəlxalq Yay Arbitraj Məktəbi təşkil ediləcək.

Tehsil.biz TDT-nin saytına istinadən xəbər verir ki, məktəbdə iştirak edəcək şəxslər Türk dövlətlərində biznesmenlərin beynəlxalq kommersiya və investisiya mübahisələrinin arbitraj vasitəsilə həlli məsələlərini öyrənəcəklər. Yay Məktəbi Türk dövlətlərindən akademikləri, alimləri və hüquqşünasları bir araya gətirəcək.

Beşgünlük sertifikat proqramına mühazirələr, diskussiyalar, hökumət və qeyri-hökumət sektoru nümayəndələrinin iştirakı ilə seminarlar daxildir.

Yay Məktəbinə qeydiyyat aprelin 15-də başa çatacaq.

Xəbər lenti