Logo

Ali məktəblərdə təhsil alan tələbələrin sayı AÇIQLANDI

17.01.2024 13:21 336 baxış
IMG

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 55,3 %-i təqaüd alır.

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Eyni zamanda bildirilib ki, son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur.

Belə ki, ali təhsilin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin sayı 2022-ci illə müqayisədə 4,7 % artaraq 52,9 min nəfər olub. Qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,8 % olub ki, onların da 76,6 %-i dövlət ali təhsil müəssisələrinin payına düşür.

2023/2024-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsili müəssisəsində 65,6 min tələbə (2022/2023-cü tədris ili ilə müqayisədə 1,5 faiz artım) təhsil alıb, onların 62,5 %-ni qadınlar təşkil edib.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfər olub ki, onların da 51,1 %-ni qadınlar təşkil edib. Əvvəlki tədris ili ilə müqayisədə tələbələrin sayı 8,6 min nəfər və ya 3,9 % artıb.

Xəbər lenti